top of page

Bizim Hekayəmiz

Biz logistikanın yalnız nəqliyyatdan ibarət olmadığını bilirik. Bu, etibar, dəqiqlik və əməkdaşlıq tələb edən bir prosesdir. "Vega Sirius" olaraq, illərin təcrübəsinə əsaslanan bilik və peşəkar komandamızla hər gün bu prinsiplərlə işləyirik. Müştərilərimiz üçün sadə bir daşıma xidməti deyil, tam həll yönümlü yanaşma təqdim edirik.

Məqsədimiz – sizin işinizi asanlaşdırmaq və yüklərinizin istənilən nöqtəyə, düzgün zamanda və uyğun şərtlərlə çatdırılmasını təmin etməkdir. İstər bir palet, istərsə də konteyner dolusu yük olsun, biz hər bir daşımaya eyni diqqət və məsuliyyətlə yanaşırıq.

Image by CHUTTERSNAP
Image by John Simmons

Fəaliyyət sahələrimiz

Logistika xidməti

Fəaliyyət sahəmiz Dəniz, hava və quru yolu ilə beynəlxalq və yerli daşımaları, multimodal həlləri və təchizat zəncirinin optimallaşdırılmasını əhatə edir.

 

Broker Xidməti

"Vega Sirius" olaraq, gömrük prosedurlarını sizin üçün sadələşdiririk. Təcrübəli broker komandamız idxal və ixrac əməliyyatlarınızın sürətli, düzgün və qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsini təmin edir.

Vergi Uçotu üzrə Xidmətlər

Şirkətinizin vergi öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməsi üçün peşəkar dəstək veririk.

Mühasibat Uçotu üzrə Xidmətlər

Mühasibat uçotunun düzgün aparılması biznesinizin sağlam inkişafı üçün əsas şərtlərdən biridir. Biz sizə bu sahədə tam dəstək göstəririk.

bottom of page